Bu layihə yeni başlayanların ilk töhfələrini vermə yollarını sadələşdirmək və istiqamətləndirmək məqsədini daşıyır. İlk töhfənizi vermək istəyirsinizsə, aşağıdakı addımları izləyin.
Əgər komanda sətri ilə rahat deyilsinizsə, burada GUI alətlərindən istifadə edən təlimatlar tapa bilərsiniz.
Maşınınızda (yəni, kompüterinizdə) GIT yoxdursa, buradan quraşdıra bilərsiniz.
Səhifənin yuxarı hissəsindəki "Fork" düyməsini vuraraq bu layihəni çəngəlləyin. Bu hesabınızda deponun bir kopyasını yaradacaqdır.
İndi çəngəlli deponu kompüterinizə klonlaşdırın. GitHub hesabınıza daxil olun, çəngəlli deponu açın, kod düyməsinə vurun və sonra copy to clipboard simgəsinə klikləyin.
Daha sonra terminalı açın və aşağıdakı git komandasını daxil edin:
git clone "kopyaladığınız-url"
"kopyaladığınız-url" (dırnaq işarəsi olmadan) yerinə bu deponun GitHub səhifəsindən aldığınız linki kopyalayın.
Misal üçün:
git clone https://github.com/istifadəçi-adı/first-contributions.git
istifadəçi-adı
sizin GitHub istifadəçi adınızdır. Burada siz GitHub-da ilk töhfələr deposunun məzmununu kompüterinizə köçürürsünüz.
Kompüterinizdəki depo qovluğuna keçin (əgər orada deyilsinizsə):
cd first-contributions
git checkout
əmrini istifadə edərək bir Budaq (Branch) yaradın:
git checkout -b <sizin-yeni-budaq-adınız>
Misal üçün:
git checkout -b add-alonzo-church
İndi Contributors.md
faylını mətn redaktorunda açın, adınızı əlavə edin. Faylın əvvəlinə və ya sonuna əlavə etməyin. Arada bir yerə qoyun. İndi faylı yadda saxlayın.
Layihə qovluğuna gedib git status
əmrini icra etsəniz, dəyişikliklərin olduğunu görəcəksiniz.
Bu dəyişiklikləri git add
əmrindən istifadə edərək yaratdığınız Budağa əlavə edin:
git add Contributors.md
İndi git commit
əmrindən istifadə edərək bu dəyişiklikləri edin:
adınızla <your-name>
ilə əvəz olunsun.
Dəyişikliklərinizi "git push" əmrindən istifadə edərək itələyin:
git push origin <add-your-branch-name>
<add-your-branch-name>
yerinə öz istifadəçi adınızı daxil edin.
GitHub-dakı deponuza daxil olsanız, bir Compare & pull request
düyməsini görəcəksiniz. Bu düyməni vurun.
İndi çəkmə tələbini (pull request) göndərin.
Tezliklə bütün dəyişikliklərinizi bu layihənin master filialına birləşdirəcəyəm. Dəyişikliklər birləşdirildikdən sonra bildiriş e-poçtu alacaqsınız.
Təbriklər! Töhfə olaraq tez-tez qarşılaşacağınız standart fork -> clone -> edit -> pull request tamamlamısınız!
Töhfənizi qeyd edin və veb tətbiqə girərək dostlarınız və izləyicilərinizlə bölüşün.
Hər hansı bir köməyə ehtiyacınız və ya suallarınız olarsa, Slack komandamıza qoşula bilərsiniz.
İndi başqa layihələrə töhfə verməyə başlayaq. Başlaya biləcəyiniz asan məsələləri olan layihələrin siyahısını hazırladıq, siyahıya baxın.
GitHub Desktop | Visual Studio 2017 | GitKraken | Visual Studio Code | Atlassian Sourcetree | IntelliJ IDEA |